×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC kollektivi sentyabrın 21-də Xankəndi və Xocalı istiqamətində gedən antiterror əməliyyatı zamanı şəhid olmuş UNEC tələbəsi Qasim Məmmədhəsənovun Sabirabad rayonunun Qaraqaşlı kəndində keçirilən 40 mərasimində iştirak ediblər.

Mərasimdən öncə İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov, Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev, HİK sədri Rüfət Süleymanlı və THİK sədri İlkan Əliyev şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı şəhid Qasim Məmmədhəsənovun adına yazılmış Fəxri Diplomu, UNEC arxivində saxlanılan attestatı, şəhidin xatirəsinə hazırlanmış xalça və Qasimin adının əbədiləşdirildiyi UNEC Şəhidlərinin memorial xatirə kompleksinin fotosu şəhidin ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

Tələbəmizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq!

TOP XƏBƏRLƏR