A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Görüşdə UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova universitetin əcnəbi tələbələrə təqdim etdiyi imkanlar, eləcə də UNEC-də yeni fəaliyyətə başlayan “Erasmus Tələbə Şəbəkəsi-ESN” barədə məlumat veriblər.

Sonra tələbələrin sualları dinlənilib və onları narahat edən məsələlər yerindəcə həll edilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində UNEC-ə Çin Xalq Respublikası, Rusiya, İsrail, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Nigeriya, Əfqanıstan, İran, Özbəkistan, Pakistan, Qırğızıstan və Qazaxıstandan 152 əcnəbi tələbə qəbul olub. Ümumilikdə isə UNEC-də 391 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı isə 14 nəfərdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay