A

Mühəndislik fakültəsinin və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş seminar təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirin əvvəlində torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında və müstəqilliyimizin əldə edilməsində canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühəndislik fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Səmədov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.

Humanitar fənlər kafedrasının baş müəllimi t.ü.f.d.Cəmilə Həsənova işğaldan azad edilmiş bölgələrin tarixi və coğrafiyası, mədəni abidələri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Zəfər Günü şəhidlərimizin qanı ilə yoğrulmuş, hərbçilərimizin misilsiz şücaəti ilə ərsəyə gəlmiş yalnız hərbi qələbə bayramı yox, həm də millətimizin həmrəylik bayramıdır.

Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva Zəfər Gününün tarixi barədə məlumat verib. 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən, Azərbaycan xalqını bir yumruq altında birləşdirən, bütün dünyaya xalqımızın gücünü, yenilməzliyini sübut edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay