A

UNEC-in Mühəndislik fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 9 noyabr - Bayraq Günü ilə bağlı bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva tədbir iştirakçılarını qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, bildirib ki, bayraq bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.

Daha sonra çıxış edən fakültənin TEC sədri Nigar Qasımova millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsi olan bayrağımızın tarixi haqqında təqdimatla çıxış edib.

Sonda fakültənin müəllimləri ölkəmizin bütün ərazisində qürurla dalğalanan Azərbaycanın Dövlət Bayrağı barədə fikirlər səsləndirilmiş, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay