×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbə heyətinin iştirakı ilə 17 Noyabr -Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva bildirib ki, Azərbaycanın müstəqilliyinə doğru gedən yol, 17 noyabrdan - Azadlıq meydanından başladı və 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına toplaşmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Çox keçmədi ki,  tarix öz sözünü dedi və Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

Daha sonra “Humanitar fənlər” kafedrasının müəllimi Zəkiyyə Musayeva çıxış edərək, 1988-ci il, 17 noyabr tarixi, milli dirçəlişin mərhələləri, milli oyanış, bu hərəkatın daha geniş vüsət alması və nəhayət 2020-ci il, 27 sentyabr tarixi ilə bağlı ətraflı məlumat verib. O, İlk olaraq Şuşa yaxınlığında yerləşən Topxana meşəsinin qırılmasına etiraz kimi başlayan hərəkatın, Şuşanın nadir sərvətlərindən olan Topxana meşəsinin tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda tədbirlə bağlı videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR