A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) əməkdaş və müəllim heyətinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 İlliyi ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını, daim gənclərin hərtərəfli inkişafına önəm verdiyi haqqında məlumat verilib.

Dəyirmi masada vurğulanıb ki, adı Azərbaycan tarixinə əbədi yazılmış Ulu Öndər sovetlər dövründə Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikamızın tarixində yeni bir dövr başlanılıb. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olduğunu qeyd edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən söhbət açıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay