A

UNEC-in İnklüziv Təhsil Mərkəzi “Pregen” adlı yeni layihənin təqdimatını keçirib.  

Tədbirdə İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Dr.Mehmet Yüce, təlimçi pedaqoq Nilufər Mehdiyeva, layihə tərəfdaşı Murad Mirzəyev və tələbələr iştirak ediblər.

Tədbirdə İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova layihənin məqsədindən danışaraq, bildirib ki, layihə ailə məsuliyyətinin dərk edilməsi və gələcəkdə sağlam ailələrin qurulmasına yönəlib.

Qeyd edək ki, UNEC-in bütün tədris binalarında layihənin geniş təqdimatları davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay