A

UNEC-in Mühəndislik fakültəsində tələbələr üçün infosessiya formatında maarifləndirici görüş keçirilib. 

Fakültə rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova, həmin şöbənin mütəxəssisi Pərvin Paşayeva xarici universitetlərlə əməkdaşlıq formalarını, Erasmus, Non-Erasmus, Orhun və Mevlana beynəlxalq mübadilə proqramları, onların şərtləri haqqında tələbələrə məlumat veriblər.

Görüşdə Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin iki diplom və ixtisas üzrə əlavə təhsil bölməsinin rəhbəri Mehriban Musayeva xarici təhsil proqramlarına qoşulan tələbələrin akademik borcları, fənn əvəzləməsi, UDİD və Minor əlavə təhsil proqramları barədə ətraflı məlumat verib.

Sonda mövzu ətrafında tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay