A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar - Ümümxalq Hüzn Gününün 34-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbirdən öncə vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Türk Dünyası İqtisad fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce bu tarixi günlə bağlı öz fikir və düşüncələrini tələbələrlə bölüşərək, 20 Yanvar faciəsini bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri kimi dəyərləndirib.

Daha sonra UNEC-in II saylı kitabxanasının rəhbəri Rəsmiyyə Rzayeva 20 Yanvarın tarixə yalnız faciə kimi deyil, xalqımızın yenilməzliyini və mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edib, anım tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir 20 Yanvar- Ümümxalq Hüzn Gününə həsr edilmiş qısa filmlə davam etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay