A

2 fevral – Azərbaycan Gəncləri Günündə UNEC-in Rus İqtisad Məktəbinin müəllim, tələbə və bir qrup məzunu Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən olan Qubaya səfər ediblər.

RİM-in direktoru dosent Mənsur Bərxudarov Gənclər Günü münasibətilə tələbələri təbrik edərək,  onlara ölkənin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

Səfər zamanı iştirakçılar arasında intellektual-əyləncəli yarış keçirilib. Qaliblərə maraqlı hədiyyələr təqdim olunub. Bundan başqa, mədəni-maarifləndirici “kinodaydjest” tədbirində bir sıra əlamətdar günlər, yubiley və anım günləri olan məşhur şəxsiyyətlər xatırlanıb, 100 yaşları qeyd edilən bəstəkarlar Süleyman Ələsgərov və Şəfiqə Axundovanın əsərlərindən parçalar səsləndirilib.

Yazıçı Somerset Moem, şair Əli Tudə, aktrisa Firəngiz Şərifovanın həyat və yaradıcılıqları haqqında təqdimat nümayiş olunub. Vətən uğrunda canından keçən Milli qəhrəmanların həyat yolları və şücaətləri barədə məlumat verilib. Həmçinin Tərtər və Naxçıvan bölgələrinin tarixinə, təbiətinə qısa nəzər salınıb. 140 illik yubileyi qeyd olunan siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin həyat və siyasi fəaliyyətindən bəhs olunub.

Səfər çərçivəsində Qubanın tarixi və məşhur yerləri də ziyarət olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay