A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Xocalı faciəsinin növbəti ildönümünə həsr olunan xüsusi dərs keçirilib.

Dərsdən öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Xocalı faciəsini insanlıq əleyhinə yönəlmiş və etnik zəmində xalqımıza qarşı törədilmiş  ən dəhşətli cinayətlərdən biri kimi qiymətləndirərək, soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşiyeva ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətdən, Xocalı faciəsinin öncədən planlaşdırılmış soyqırımı siyasətinin mühüm tərkib hissəsi olmasından danışıb. O, günahkarların cəzalandırılması, bu faciəyə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin zəruriliyindən bəhs edib. Tədbirdə həmçinin Xocalı şəhərinin ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndiyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdığı və bununla da soyqırımı qurbanlarının qanının yerdə qalmadığı, onların qisasının alındığı xüsusi vurğulanıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay