A

UNEC-in Rus İqtisad Məktəbində Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

A.Eyyubov bildirib ki, faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Ancaq buna baxmayaraq, ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub.

Dosent Anar Eyyubov bildirib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə, bu torpaqlarda ədaləti bərqərar edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay