A

UNEC-in Zaqatala filialının “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri dos. Səfər Raziyev, kafedranın müəllimləri və tələbələr Xocalı soyqırımı zamanı ev-eşiyindən didərgin düşmüş və Zaqatalada məskunlaşmış Oruc Zeynalovun ailəsini ziyarət ediblər.

Oruc Zeynalov müəllim və tələbələrə soyqırımı zamanı başlarına gətirilən vəhşiliklərdən danışıb. Erməni vandallarının törətdikləri soyqırımı zamanı ailə üzvlərindən 4 nəfərin qətlə yetirildiyini bildirib.

Kafedranın müdiri dos. Səfər Raziyev soyqırım zamanı şəhid olanlara allahdan rəhmət diləyərək, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən söz açıb. O, faciə zamanı şəhid olanların ruhunun bu gün şad olduğunu, Ali Baş Komandan İlham Əliyevin və müzəffər orudumuzun qüdrəti sayəsində bu gün Xocalıda Azərbaycan bayrağının qürurla dalğalandığın bildirib. Yurd-yuvasından didərgin düşmüş Xocalı sakilərinin tezliklə öz yuvalarına qayıdacaqlarını vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay