A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.  

Tədbirdə kollecin direktoru dosent Oruc Məmmədov, tərbiyə işləri üzrə direktor müavini Murad Muradov çıxışlarında Xocalı faciəsi haqqında ətraflı məlumat veriblər.

Kollecin tarix müəllimi Təranə Cavadova Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edərək, bildirib ki, 32 ildir xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlblərində, həyatlarında daşıyırlar. Daha sonra T.Cavadova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinin 2020-ci ilin Azərbaycan tarixinə Zəfər ili kimi yazıldığını, həmçinin 2023-cü ilin 19-20 sentyabrında Xocalı daxil olmaqla torpaqlarımızın mənfur düşmənin işğalından tamamilə azad edildiyini, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr etdiyi ədəbi-bədii proqram və videoçarx nümayiş etdirilib.

Tədbirlə yanaşı kollecdə həmçinin kitab sərgisi təşkil olunub, xüsusi dərslər keçirilib, bütün tədris qruplarında birinci dərs saatları Xocalı soyqırımına həsr edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay