A

27-29 fevral tarixlərində UNEC Rəqəmsal Könüllülər Təşkilatının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə UNEC-də “Green Energy UNEC Days” adlı layihə həyata keçirilib.

Layihənin ilk günündə tələbə könüllülərin iştirakı ilə ağacəkmə aksiyasına start verilib.

Sonra isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Eko-İnnovasiya Çağırışı: Gələcəyi Davamlı Yaşıllaşdırma" mövzusunda tələbələr arasında “Xəmsə” intellektual yarışı keçirilib.

Tələbələrin maraqla qatıldığı layihənin növbəti mərhələsi isə “Yaşıl Enerji Sərhədi: Dayanıqlı Enerji üzrə Elmi Tədqiqat Müsabiqəsi” olub. Müsabiqədə uğurla iştirak edən və qalib olan tələbələrə mükafatlar təqdim edilib.

Layihənin “Yaşıl yaradıcılıq" mövzusuna həsr olunan mərhələsində isə UNEC tələbələrinin yaşıl ekologiyaya həsr etdikləri bir-birindən maraqlı əl işləri sərgilənib, eyni zamanda ədəbi-bədii tədbir keçirilib.

3 gün davam edən və böyük maraqla qarşılanan layihinən sonuncu günündə qaliblərə hədiyyələr və sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay