A

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Rəqəmsal Könüllülər Təşkilatının rəsmi vebsaytı yenilənərək, istifadəyə verilib.

Vebsaytda Rəqəmsal Könüllülər Təşkilatının üzvləri, strukturu, fəaliyyəti, keçiriləcək tədbirlər və layihələr barədə məlumatlar, eləcə də universitet və təşkilat haqqında ən son xəbərlərlə tanış ola bilərsiniz.

Yenilənən interfeys və parametrlərə malik olan vebsaytda Rəqəmsal Kabinetlərə də giriş etmək mümkündür. Rəqəmsal Kabinetlərdə "İstifadəçilər", "Heyət üzvləri", "Tədbirlər" , "Xəbərlər" və "Aktivlik" kimi hər biri müəyyən funksionnallığa malik bölmələr mövcuddur. Bundan əlavə, "Aktivlik" parametri daxilində Rəqəmsal Könüllülər Təşkilatı idarə heyəti üzvlərinin aktiv balı, rəylər və ən fəal üzvləri barədə məlumatları görmək mümkündür.

Qeyd edək ki, yaxın zamanlarda Rəqəmsal kabinetlər UNEC-in rəhbər şəxsləri üçün də istifadəyə veriləcək. Bu zaman tələbələr fəaliyyətləri və aktivliklərinə uyğun olaraq, universitet rəhbərliyi tərəfindən də Rəqəmsal kabinetlərdə aktivlik balı və rəylər ala biləcək.

Hazırda 1000-dən çox üzv üçün rəqəmsal kabinet istifadəyə verilib.

Vebsayt Rəqəmsal İqtsadiyyat fakültəsinin 2-ci kurs tələbələri Yusif Fərəcli və Yağmur Novruzlu tərəfindən yaradılıb.

www.digitalvolunteers.xyz

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay