A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, kafedranın professoru Mirələm Həsənli və dosentləri Hənifə Cəfərli və Flora Kaşıyeva çıxış edərək, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Həmçinin qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edərək, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımızın Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əllərindən gələni əsirgəmədiklərini bildiriblər.

Tədbirdə iştirak edən şəhid Mürsəl Kazımlının anası Lalə Əliyeva və şəhid Tural Məmmədovun həyat yoldaşı Yasəmən Musayeva dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda fakültənin xanım əməkdaşlarına gül dəstələri təqdim olunub və fakültənin ictimai və sosial həyatında fəal iştirak edən bir qrup xanım tələbələr təşəkkürnamə ilə təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay