A

“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində “Ulu Öndər Heydər Əliyev xatirələrdə” adlı kitabının müzakirəsi keçirilib.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə professor Əvəz Ələkbərov və dosent Hafis Hacıyev çıxış edərək, “Ulu Öndər Heydər Əliyev xatirələrdə” adlı kitabının Qərbi Azərbaycan İcması tərəfindən hazırlandığını bildiriblər. Kitabda əslən Qərbi Azərbaycandan olan elm, ədəbiyyat, mədəniyyət xadimlərinin Ulu Öndər Heydər Əliyev haqqında olan xatirələrinin, fikir və düşüncələrinin öz əksini tapdığını qeyd edən natiqlər Heydər Əliyev şəxsiyyətinin ucalığını, ali insani keyfiyyətlərini real faktlar əsasında oxuculara çatdırıldığını vurğulayıblar.

Əbədiyaşar Liderimizin 100 illik yubileyinə böyük ehtiramın nümunəsi olan bu kitab Heydər Əliyevin siyasi, iqtisadi, mənəvi irsinin araşdırmaçıları və digər oxucular üçün nəzərdə tutulub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay