A

UNEC-in Mühəndislik fakültəsində 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əvvəlində Şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva ilk öncə tədbir iştirakçılarına bildirib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Daha sonra “Humanitar fənlər” kafedrasının müəllimi Zəkiyyə Musayeva çıxış edərək, 31 mart Soyqırımından 106 il əvvəl törədilən soyqırım zamanı tarixi hadisələrin öncəki vəziyyəti, onun başlanması, dağılan memarlıq abidələri, soyqırım qurbanları haqqında ətraflı məlumat verib. O, bildirib ki, rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları dağıdıblar. Çıxışının sonunda məruzəçi bildirib ki, 200 ildən artıq ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətlərin layiqli cavabı 2020-ci il 27 sentyabr tarixindən başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman Azərbaycan əsgərlərinin şücaəti nəticəsində verildi və hal-hazırda ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

TOP XƏBƏRLƏR