A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində sağlam həyat tərzinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai innovasiya və sosial idarəetmə” kafedrasının müdiri dosent Elşən Məmmədov tələbələr qarşısında məruzə ilə çıxış edərək, qeyd edib ki, sağlam həyat tərzinin fərdin bütün imkanlardan istifadə edib, orqanizmini daha sağlam etmək, sağlamlığı dəstəkləmək, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. O bildirib ki, sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumağın qaydalarını bilmək və ona əməl etməyin vacibliyinə diqqət çəkən E.Məmmədov gənclərə zərərli vərdişlərdən qorunmağın yolları haqqında məlumat verərək, eyni zamanda, yaratdığı asılılıqdan xilas olmağın heç vaxt gec olmadığını bildirib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay