A

UNEC-in Biznes və menecment fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycanda yaşıl iqtisadiyyat və davamlı inkişafın perspektivləri” mövzusunda TEC-in konfransı keçirilib.

Konfransda fakültənin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Açılışıda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan fakültə dekanı dosent Mirağa Əhmədov COP29-un Azərbaycanda keçirilməsinin və 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Sonra “Biznes və logistika” kafedrasının dosenti, TEC-in rəhbəri Pikəxanım Xudiyeva “Tələbələrin elmi araşdırmaya cəlb edilməsinin əsas prioritetləri” ilə bağlı çıxış edib.

Tədbir Auditorlar Palatasının operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “Yaşıl iqtisadiyyat zəminində audit”,  Bakcell MMC-nin B2B satışları şöbəsinin rəisi İlkin Nəsirlinin “Telekommunikasiya şirkətlərinin yaşıl iqtisadiyyatda olan rolu”, iş adamı Aslan Ağayevin “Elektriklə işləyən avtomobillərin ekoloji mühitə müsbət təsiri”, fakültənin II kurs tələbəsi Ruqiyyə Rzayevanın “Yaşıl dünya naminə Qarabağa qayıdış” mövzularında çıxışları ilə davam edib.

Konfrans müvafiq ixtisaslar üzrə 4 panel bölmədə işini davam etdirib.

Sonda konfransda çıxış edən müəllim və tələbələrə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay