A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının (YAP) qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinə səfər ediblər.

Tələbələrə Bakı şəhərinin rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, zəngin irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi, mədəniyyəti, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də yerli, regional və beynəlxalq konfrans, simpoziumların keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Tələbələr Mərkəzdə Ulu Öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən foto və video materiallarla, eksponatlarla, 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay