A

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Qarabağ Zəfəri Heydər Əliyevin ideyalarının təntənəsidir” adlı tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq, qeyd edib ki, mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli Lider Heydər Əliyevi haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırırlar. Ulu Öndər müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhs Ulu Öndərin qətiyyəti sayəsində alınmışdı.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyevin şəhərə çox böyük qayğı göstərərək, onun inkişafına çalışdığını və eyni zamanda, Ümummilli Liderin Şuşaya adi bir şəhər kimi deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxdığını və Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu vurğulayıb.`

Tədbirdə UNEC Dizayn məktəbinin baş müəllimi Gülçöhrə Salehzadə təqdimatla çıxış edərək, qeyd edib ki, Ulu Öndər Azərbaycanı Qarabağsız, Şuşasız təsəvvür etmirdi.  Həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün Şuşaya, Qarabağa qayıdacağıq. Bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı bir Azərbaycanımız var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay