A

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Yaşıl iqtisadiyyat strategiyasının reallaşdırılmasında maliyyə sektorunun rolu” mövzusunda mühazirə keçirilib.

Mühazirədə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov və dosent Zöhrab İbrahimov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edildiyini bildiriblər, qəbul edilmiş 5 prioritetdən birinin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu və bu prioritetin özünün yüksək keyfiyyətli ekoloji mühit” və “yaşıl enerji məkanı” adlı bölmələrdən ibarət olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan   Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası qəbul edilmiş və həmin sərəncama uyğun olaraq   ölkəmizdə   təbii   resurslardan   dayanıqlı və davamlı istifadə təmin olunmalı və energetika sektorunda tənzimləmə mühiti təkmilləşdirilməli və liberal bazar prinsipləri tətbiq olunmalıdır. Mühazirədə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2023-2026-cı illər üçün “Dayanıqlı Maliyyə üzrə yol xəritəsinin” qəbul edilməsi və Yol xəritəsinə uyğun olaraq maliyyə sektoru tərəfindən “yaşıl” istiqrazlar, “yaşıl” kreditlər kimi yeni trendlərin tətbiq olunacağı barədə ətraflı məlumat verilib.

Mühazirənin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay