A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin tədbirlər planı çərçivəsində Lənkəran və Astara rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkına ekoloji maarifləndirmə turu təşkil edilib. 

Tur çərçivəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, dosent Tahir Tarverdiyev, müəllim Fidan Qurbanova və “Ekologiya” ixtisasının tələbələri Hirkan Milli Parkının zəngin təbiəti, nadir və nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növləri ilə tanış olublar.

Tur zamanı biologiya elmləri namizədi, dosent Tahir Tarverdiyev tələbələrə Hirkan Milli Parkının yaradılmasının əsas məqsədi, tarixi,  təbiəti, nadir və nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növləri haqqında ətraflı məlumat vermiş və tələbələrin suallarını cavablandırıb.

Tur iştirakçıları bölgənin füsunkar təbiəti, eləcə də Xanbulan gölü ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.

TOP XƏBƏRLƏR