A

UNEC Dizayn Məktəbində COP29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin baş müəllimi Gülçöhrə Salehzadə açaraq bildirib ki, 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.

UNEC Dizayn məktəbinin müəllimi Pərvin Namazova artıq işğaldan azad edilən torpaqlarda xeyli işlərin həyata keçirildiyini və quruculuq-bərpa işləri ilə paralel olaraq, torpaqlarını işğaldan azad edən Azərbaycanın həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atdığını diqqətə çatdırıb.

Sonda UNEC Dizayn məktəbinin tələbəsi Aygün Hüseynli təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR