A

Mayın 7-də Heydər Əliyev adına Sarayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunmuş bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən və ölkənin 26 ali təhsil müəssisəsinin qatıldığı festivalda UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, ənənəvi olaraq, hər il keçirilən festivalın məqsədi tələbələrə milli vətənpərvərlik ruhunu aşılamaq, eləcə də onları  mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməklə, bədii-estetik səviyyələrini yüksəltməkdir. 

TOP XƏBƏRLƏR