A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “İdarəetmə sahəsində karyera planlaması” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, UNEC-in Karyera Mərkəzinin direktoru Sevinc Məcid və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvlərlə iş üzrə meneceri Bəxtiyar Quluzadə çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.

Daha sonra panel müzakirələr başlayıb. Müzakirələrdə moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Jalə Həsənli, panel çıxışçıları qismində isə “Kapital Bank” ASC-nin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Mahmud Mahmudov, “Panda school” şirkətinin təsisçisi, sahibkar Elvin Dadaşsoy, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, “Səba ASC”nin İdarə Heyətinin sədri Faiq Hüseynov və İSO idarəetmə sistemləri üzrə ekspert Vüsal Mahmudov iştirak edib.

100-dən çox gənci əhatə edən panel müzakirədə “Düzgün və faydalı tərəfdaşlıqları qurmaq üçün diqqət edilməli məqamlar”, “Öz biznesini qurmaq istəyən gənclərin tələbəlik illərində fəaliyyəti”, “Müasir dünyada idarəetmə - Bazardakı imkanlar və reallıqlar” və “İdarəetmə sistemlərindən istifadənin əhəmiyyəti” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay