A

UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbində (ISE)   28 May - Müstəqillik Gününə həsr olunan xüsusi dərs keçirilib.

Xüsusi dərsdə ISE-nin direktoru İnarə Rzayeva“Azərbaycan dili” kafedrasının dosenti Çinarə Qəhrəmanova çıxış edərək, AXC-nin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcüd olduğu qısa müddətdə xalqımızın inkişafına verdiyi tövhələrdən danışıblar. Eyni zamanda ölkəmizin müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıblar.

Dərsdə tələbələr tərəfindən Müstəqillik Gününə həsr olunan təqdimat nümayiş olunub, onları maraqlandırılan suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR