A

UNEC-in Biznes və menecment fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fakültənin tələbələri və dosent Pikəxanım Xudiyevanın 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Qadın və Uşaq Sığınacağının azyaşlı sakinlərini ziyarət edərək, uşaqların sevincinə səbəb olublar.

Birlikdə şən və maraqlı zaman keçirib, ünsiyyət qurub, maraqlı oyun və viktorinalar təşkil edib, rəqslər ediblər. Belə görüşlərin keçirilməsində əsas məqsəd qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Görüşün sonunda uşaqlara hədiyyələr təqdim edilib.  

TOP XƏBƏRLƏR