A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat, Mühəndisik fakültələrinin Həmkarlar İttifaqı Komitəsinin (HİK) birgə təşkilatçılığı ilə "Təhsildən karyeraya" adlı seminar keçirilib.

Seminarda Asterias Təlim və İnkişaf Mərkəzinin rəhbəri  Nərgiz Çalbayı, İT mütəxəssisi-qrafik dizayner Ləman Mikayılzadə, Benison Dil Mərkəzinin təsisçi-direktoru Aynur Məhərrəmova spiker  kimi çıxış ediblər.

Seminarda “Güclü bir karyera üçün hardan başlamaq lazımdır?”, “İlkin biliklər nələr olmalıdır? 21-ci əsrdə karyera qurmağın qızıl qaydaları nələrdir?”, “Sevdiyiniz işlə məşğul olmağın vacibliyi” mövzuları haqqında müzakirələr aparılıb.

Qonaqlar karyera qurmağın üstünlüklərindən danışaraq,  müəyyənləşən hədəfləri,  örnək alınmalı şəxsləri, əmək bazarını araşdırıb öyrənməli olduğunu vurğulayıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR