A

MDB İcraiyyə Komitəsi, Rosstat, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin birgə təşkilatçılığı ilə MDB Statistika Komitəsi tərəfindən Statistika üzrə II Beynəlxalq Festival - tələbə olimpiadası keçirilib.

Beynəlxalq olimpiadada UNEC-in Rus İqtisad Məktəbinin 3 tələbəsi- Əli Cəfərli, Seymur Əliyev, Rüfət Hüseynzadə də iştirak ediblər. Tələbələrin olimpiadaya hazırlıq mərhələsinin rəhbəri  “Riyaziyyat və statistika” kafedrasının “Statistika” ixtisasının rəhbəri dosent Vüsalə Teymurova olub.

13 komandanın yarışdığı olimpiadada III kurs tələbəsi Rüfət Hüseynzadə fərdi qiymətləndirmədə III yeri qazanıb. Komanda olaraq isə tələbələrimiz “Ən yaxşı sahə strukturunun təhlili” nominasiyasına layiq görülüblər.

Olimpiadada tələbələr fərdi testlər və “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq” mövzusunda təqdimatlar ediblər. 

TOP XƏBƏRLƏR