A

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzində iqlim dəyişikliyi və COP-la bağlı mühazirə keçirilib.

Mühazirədən öncə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev tələbələrə COP 29 barədə ətraflı məlumat verib. Bildirib ki, hər il dünyanın bütün ölkələrindən olan hökumət nümayəndələri COP-da toplaşaraq, iqlim dəyişmələrinin qarşısının alınmasına töhvə verilməsi və fəsadların aradan qaldırılması ilə bağlı birgə səylər göstərmək üçün çağırışlar edirlər. S.Tanrıverdiyev Azərbaycanın COP29-a ev sahibliyi etməsinin Azərbaycanın növbəti təntənəsi olduğunu, bu tədbirin Azərbaycana marağı daha artıracağını və dünya arenasındakı mövqeyini daha da gücləndirəcəyini bildirib.

Sonra  “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti İlqar Xəlilov COP 29 barədə maraqlı təqdimatla çıxış edib. O, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla, qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğunu diqqətə çatdıraraq, bu istiqamətdə qarşıya qoyulan hədəf və məqsədlərdən danışıb, eləcə də həyata keçirilmiş tədbirlər barədə statistik məluatları açıqlayıb.

Məruzəçi işğaldan azad edilmiş ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevriləcəyinin nəzərdə tutulduğunu diqqətə çatdıraraq və bunu iqlim dəyişikliklərinin qarşısının alınmasına Azərbaycanın böyük töhvəsi kimi qiymətləndirib. 

TOP XƏBƏRLƏR