A

UNEC Qiyabi və Əyani Təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müxtəlif ixtisaslar üzrə seçilmiş tələbələri Kapital Bankda təlim keçiblər. 

Kapital Bankın professional heyəti tərəfindən  UNEC-in qiyabi təhsil alan tələbələrinə təşkil edilən təlimdə "Uğurlu karyera qurmanın yolları", "Müştəri məmnuniyyəti" və digər istiqamətləri əhatə etməklə tələbələrdə bacarıq və vərdiş formalaşdırmaq məqsədi ilə interaktiv metodlarla təşkil edilib. 

Təlimlərin sonunda tələbələrlə əyləncəli oyunlar təşkil olunub, qaliblərə, eləcə də bütün tələbələrə müxtəlif hədiyyələr təqdim edilib, tələbələrdən Lamiyə Qurbanova bankda təcrübə keçmək üçün dəvət alıb.

TOP XƏBƏRLƏR