UNEC-in Mühəndislik fakültəsinin məzunu, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudovanın Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmasından 32 il ötür.
Şəhidin Anım Günündə Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, dekan müavini Sevinc Abdullayeva və fakültənin fəal tələbələri Şəhidlər Xiyabanında Qaratel Hacımahmudovanın ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər, məzarının üzərinə gül dəstələri düzərək, əziz xatirəsini qürur və ehtiramla yad ediblər.
Allah rəhmət eləsin!