A

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intelektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023-10 yanvar 2024-cü il tarixlərində keçirilmiş "İdeyanı Reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində "Sosial və İnkluziv" həyatda könüllülük və onun inkişafı adlı layihənin icrasına start verilmişdir.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əsas tərəfdaşlığı, "Biz Bir Ailəyik" əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sosial tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin rəhbəri UNEC Qiyabi Əlavə Təhsil Mərkəzinin V kurs tələbəsi Fatimə Məcidli  layihə barədə geniş məlumat verib.

F.Məcidli  qeyd edib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslərə dövlət qayğısı özünü bir çox sahələrdə həyata keçirilən işlərdə göstərir. Əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, onların mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idmanla məşğul olması sahəsində də səmərəli tədbirlər həyata keçirilməkdədir.

Fatimə Məcidli əlavə edib ki, sosial tədbirlərdə könüllüllərin fikirləri, təklifləri və ən əsası onların bu sahəyə göstərdikləri diqqət və qayğı önəmli rol oynayır.

Layihənin sosial tərəfdaşı “Biz Bir Ailəyik" əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə tədbirdə qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və mədəni istirahəti üçün tədbirlərin həyata keçirilməsidir.  O əlavə edib ki, həyata keçiriləcək tədbirlər ictimai-sosial məsuliyyətlilik, birlik, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Layihədə iştirak edən iştirakçılara “Sosial və inklüziv həyatda könülülük və onun inkişafına dəstək”, “Əlilliyi olan şəxslərlə davranış qaydaları”, “Könüllü gənclərin, tələbələrin, şagirdlərin əlilliyi olan şəxslərlə birlikdə tədbirlərdə necə iştirakı?” və bu mövzuda keçiriləcək təlimlərdə mütəxəssislər tərəfindən ətraflı məlumatlar veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və təklifləri qeydə alınacaqdır.

Sonda qeyd olunub ki, "Sosial və İnklüziv həyatda könüllülük və onun inkişafına dəstək” adlı forum, sərgi və konsert proqramı 18-25 sentyabr tarixləri aralığında UNEC-də keçiriləcəkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay