A

UNEC-in Mühəndislik fakültəsində dövlət müstəqilliyinin bərpasının otuz üçüncü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva ilk öncə tədbir iştirakçılarını müstəqilliyimizin bərpa edilməsinin 33-cü ildönümü münasibətilə təbrik edib. Müstəqillik tarixindən söz açan dekan müavini bildirib ki, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub və bu Akta əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. O, 2021-ci ildən müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qeyd etdiyimizi və tarixi qələbəmizin həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı olduğunu diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının dosenti Xədicə Abbaslı müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli və müasir Azərbaycanın inkişaf strategiyası barədə iştirakçılara məlumat verib.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay