A

UNEC ilə “Veysəloğlu Qrup” MMC aralarında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin “Arazda tələbə günü” uğurla davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin Biznes və menecment fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alan tələbələri “Araz” Logistika Mərkəzində infosessiyada iştirak ediblər. Tələbələr mərkəzin ərazisi, anbarlar, qida və qeyri-qida saxlanma yerləri, əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub, müvafiq bölmələri ziyarət edib, onlara iş prosesi haqqında ətraflı məlumatlar verilib. 

İnfosessiyanın keçirilməsində məqsəd “Araz” supermarketlər şəbəkəsi, həmçinin şəbəkəyə məxsus olan mərkəzlər, müəssisələrlə əyani tanışlıq, şirkət əməkdaşlarının karyera inkişafı, onların məhsuldar işləməsi üçün yaradılan şəraitlə tanışlıq, həmçinin tələbələrin real iş mühitinə adaptasiyasına dəstək olmaqdır.

Sonda tələbələrin sulları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR