A

UNEC Könüllüləri Təşkilatının Sosial iş klubu və UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbərliyi "Kashalata" İnklüziv kafesində autizm spektri pozuntusu olan əməkdaşlarla bir araya gəlib.

Görüş zamanı UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova və könüllü tələbələr kafenin fəaliyyət prinsipləri və inklüziv iş mühitinin yaradılması mövzusunda maraqlı müzakirələr aparıblar. Tələbələr autizm spektr pozuntusu olan əməkdaşların iş təcrübələri və sosial həyata inteqrasiyaları ilə bağlı təəssüratlarını bölüşərək, inklüzivliyin əhəmiyyətini vurğulayıblar. Görüş həmçinin tələbələr üçün cəmiyyətin müxtəlif təbəqələri ilə qarşılıqlı anlaşma və dəstəyin gücləndirilməsi istiqamətində bir təcrübə platforması olub.

TOP XƏBƏRLƏR