A

UNEC-in Mühəndislik fakültəsində narkotik asılılığının və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədi ilə “Biz narkotikə yox deyirik” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Sevinc Abdullayeva narkomaniyanın cəmiyyətə yaratdığı fəsadlardan danışıb. Həmçinin narkotik maddələrdən qorunmaq üçün önləyici faktorlardan, profilaktik tədbirlərdən, mübarizə istiqamətlərinin vacibliyindən, 802 zəng xidməti haqqında söz açaraq, gənclərə narkotik vasitələrdən asılılıq səbəbləri, narkotik asılılığın fəsadları, psixoloji səbəbləri barədə məlumat verib.

Sonda mövzu ilə bağlı maarifləndirici buklet və videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

TOP XƏBƏRLƏR