A

UNEC ilə Balıkəsir Universitetinin birgə təşkilatçılığı ilə Model COP konsepsiyası əsasında tələbələr üçün onlayn formatda “Davamlı qrafik dizayn” mövzusunda təlim keçirilib.

UNEC-in Dizayn Məktəbinin tələbələri üçün təşkil olunan təlim Balıkesir Universitetinin İncəsənət fakültəsinin əməkdaşı tərəfindən keçirilib. Təlim zamanı tələbələrə davamlı qrafik dizayn çərçivəsində dizaynerlərin estetika və ekoloji məsuliyyəti, dizaynın müasir çağırışlarına cavab verərək, ekologiyanın və estetik mühitin qorunmasının əhəmiyyəti barədə məlumat verilib.

Balıkesir Universitetinin əməkdaşı, dizayn prosesində davamlılığı təmin etməyin yolları və material seçiminin rolu haqqında praktiki nümunələri də tələbələrə təqdim edib.

Tələbələr təlimin sonunda müzakirələr apararaq öz fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay