UNEC-in Dizayn Məktəbində "İnsan hüquq və azadlıqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru, dos.Lalə Məmmədova mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən biri olub. L.Məmmədova cəmiyyət arasında ictimai münasibətlərin həyatımızın bütün aspektlərini əhatə etdiyini, həmin münasibətlərin hüquqi cəhətdən nizama salınmasına hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.
Kafedranın müdiri dos. Elfanə Qasımova bildirib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlı olaraq, dövlət tərəfindən müdafiə olunur.
Sonda Məktəbin baş müəllimi Gülçöhrə Salehzadə çıxışında hər bir insanın ayrı-seçkiliyə məruz qalmaması, yaşaması, söz azadlığı, təhsil alması və digər hüquqlara malik olması ilə bağlı tələbələrə ətraflı məlumat verib.