UNEC-in Mühəndislik fakültəsinin və Rəqəmsal Könüllülər Təşkilatının təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqillik tarixindəki mühüm yerini vurğulayıb. O, 1988-ci ildən başlayaraq, ölkənin azadlıq və demokratiya uğrunda apardığı mübarizənin xalqın iradəsinin və milli həmrəyliyinin təcəssümü olduğunu qeyd edib.
Sonda Milli Dirçəliş Günü ilə bağlı videoçarx tədbir iştirakçılarına nümayiş olunub.