UNEC Dizayn məktəbində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Məktəbin müəllimi Nərminə Namazova insan hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsullarını tələbələrin diqqətinə çatdırıb.
“Dizayn” kafedrasının baş müəllimi Aida Dadaşova insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və mətbuatın rolunu xüsusi vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.