A

UNEC Zaqatala filialında Regional İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Ətraf mühitin iqtisadi dəyəri: problemlər və həllər” adlı elmi seminar keçirilib.

Seminarda Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri Coşqun Məmmədov iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin müzakirəsində önəmli platforma olan COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Sonra UNEC Zaqatala filialının İqtisadiyyat və idarəetmə bölməsinin rəhbəri Pərvanə İsmayılova və İsmayıl Əmirli “Dayanıqlı istehlakın gələcəyi: ehtiyacların və resursların balanslaşdırılması”  mövzusunda çıxışlar ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay