A

UNEC-in Mühəndislik fakültəsində 12 Noyabr - Konstitusiya Günü ilə bağlı maarifləndirici görüş keçirilib.

Tədbirdə Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurətindən söz açıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev başda olmaqla, xüsusi komissiya yaradılaraq Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Sonra çıxış edən “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova cəmiyyətin demokratik dəyəri olan Konstitusiyanın hüquqi əsasları barədə tələbələrə ətraflı məlumat verib.

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR