A

UNEC-in Mühəndislik fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva ilk öncə tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsi olan bayrağımızın tarixi haqqında məlumat verib.  O, bildirib ki, Ulu öndər Heydər Əliyev qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin, müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Sonda ölkəmizin bütün ərazisində qürurla dalğalanan Azərbaycanın Dövlət Bayrağına həsr olunan videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay