A

UNEC-in Mühəndislik fakültəsində insan hüquq və azadlıqları, insan alveri problemlərinə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Sevinc Abdullayeva, “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova çıxış edərək bildiriblər ki, tədbirin əsas məqsədi tələbələri insan hüquqlarının qorunması və insan alverinin qarşısının alınması mövzularında məlumatlandırmaq, onların bu sahədə hüquqi biliklərini artırmaq və fərdi məsuliyyət hissi yaratmaqdır.

Çıxış edənlər cəmiyyətin hər bir üzvünün insan hüquqlarına hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar, insan alverinin qlobal problem olduğunu və onun qarşısının alınmasının yalnız hüquq mühafizə orqanları ilə deyil, həm də cəmiyyətin hər bir fərdinin iştirakı ilə mümkün olduğunu bildiriblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay