A

UNEC-in Mühəndislik fakültəsində gender bərabərliyi problemlərinə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva gender bərabərliyinin təhsil və iş həyatında, eləcə də cəmiyyətin hər sahəsində əsas prinsip olduğunu vurğulayıb. O, bu cür tədbirlərin tələbələrə gender bərabərliyinin əhəmiyyətini anlamağa və bu məsələlərdə daha fəal iştirak etməyə imkan yaratdığını qeyd edib.

Sonra “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, gender bərabərliyinin təkcə hüquqi baxımdan deyil, həm də mədəni və sosial baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Qadınların və kişilərin təhsil, iş və ictimai həyatdakı hüquqlarının bərabər olmasının cəmiyyətin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Sonda tələbələrin sualları cavabandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay