A

UNEC Dizayn məktəbində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə UNEC Dizayn məktəbinin “Dizayn” kafedrasının müəllimi Pərvin Namazova çıxış edərək, sağlam həyat tərzini şərtləndirən amillərdən danışıb. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və psixoloji rifahın əhəmiyyətindən söz açan P.Namazova sağlam həyat tərzinin bir həyat fəlsəfəsi olduğunu və bunun yalnız qısa müddətli deyil, uzun müddətli təsirlər yaratdığını qeyd edib. Tədbirdə sağlam qidalanma prinsipləri, fiziki fəaliyyətin faydaları, stressin idarə olunması və düzgün yuxu rejiminin önəmi mövzularına da toxunulub.

Tədbirin sonunda “Sağlam həyat tərzi” başlığı ilə hazırlanmış bukletlər tələbələrə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay